AMEA Tarix və Etnologiya İnstitutunun 90 illiyi münasibətilə hazırlanan topluda institut əməkdaşları tərəfindən həm əvvəllər, həm də yeni yazılmış məqalələr toplanmışdır. Birinci bölmədə dilşünaslığın, Azərbaycan tarixinin müxtəlif dövrlərinin aktual problemləri, Şərq və Qərbin qarşılıqlı əlaqəsi kontekstində Azərbaycanda anənəvi cəmiyyətin mədəni transformasiyası (XIX–XX əsrin əvvəlləri), Qarabağ müharibəsinin hərbi-siyasi aspektləri, Qərbi Azərbaycanın tarixinin aktual problemləri və tarixşünaslığından bəhs olunur.